Şəhidin yasında 3 ton qarpız payladılar
Tarix: 9-09-2015, 18:02 |
Çap et
Türkiyədə şəhid Adnan Ergenin yasında 3 ton qarpız kəsilərək paylanılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dağlıcada şəhid olan 25 yaşlı Adnan Ergen bir neçə gün əvvəl anası ilə danışan zaman ya 5, ya da 9 sentyabrda məzuniyyətə gələcəyini və qarpız istədiyini deyib: “İndi bizim qarpızımız nə gözəl olar. Qarpız istəyirəm. Evə gələn zaman ilk etdiyim şey qarpız yemək olacaq”.
Şəhidin son sözlərinin vəsiyyət olduğunu deyən bələdiyyə sədri 3 ton qarpız kəsdirərək yasa gələnlərə paylayıb. 20 min insanın iştirak etdiyi mərasimdə bələdiyyə işçiləri qarpız paylamağa kömək edib.