750 min dolları əli ilə verib, məhkəmə ilə almaq istəyir
Tarix: 9-09-2015, 16:10 | Çap et
750 min dolları əli ilə verib, məhkəmə ilə almaq istəyir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azad Məcidov sədrlik edib.

Prosesdə zərərçəkmiş Tağı Nağıyev dindirilib. O, ifadəsində Araz Eyvazovun şəkər tozu və kabel biznesi ilə məşğul olduğunu, tanışı Orxan İsayevin vasitəsilə ona ümumilikdə 750 min dollar verdiyini, onlara inandığı üçün sənədləşdirmə aparmadığını, bu günə kimi pullarının geri qaytarılmadığını deyib.

Qeyd edək ki, təqsirləndirilən Araz Eyvazov vətəndaşları aldadaraq onların külli miqdarda pullarını mənimsəməkdə təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib.

Məhkəmə prosesi sentyabrın 17-ə kimi təxirə salınıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net