Mikayıl Cabbarovdan məktəbdə “moyka” açan direktorun yerinə təyinat
Tarix: 9-09-2015, 15:17 | Çap et
Mikayıl Cabbarovdan məktəbdə “moyka” açan direktorun yerinə təyinat
Yasamal rayonundakı 158 saylı orta məktəbə yeni direktor təyin olunub.

Təhsil naziri Mikayıl Cabbarovun sərəncamı ilə Mehriban Ələkbərova 158 saylı orta məkətəbə direktor postuna gətirilib. Məktəbdən verilən məlumata görə, Mehriban Ələkbərova dünəndən işinin icrasına başlayıb.

Qeyd edək ki, avqustun 11-də məktəbin əvvəlki direktoru Zemfira Səmədova tutduğu vəzifəsindən azad olunub. Onun işinə nazirlik məktəbdə yoxlama apardıqdan sonra xitam verilib.

Mətbuatda yazılan məlumatlara görə, Z.Səmədova 2013-cü ilə qədər məktəbin təmirsiz hissəsini avtoyuma servisi kimi icarəyə verib. Məktəb əsaslı təmir edildikdən sonra isə servis ləğv edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net