Krım lideri Ermənistana gəlir
Tarix: 9-09-2015, 14:31 |
Çap et
Krım lideri Sergey Aksyonov Ermənistan və Abxaziyaya səfər edə bilər.
Axar.az xəbər verir ki, bunu RİA-Novosti-yə açıqlamasında “Krım Respublikası”nın Rusiya prezidenti yanında daimi nümayəndəsi Georgi Muradov söyləyib.
Onun sözlərinə görə, Aksyonov Ermənistanda keçirilən forumda iştirak edəcək. Forumda Krımın böyük stendi təqdim ediləcək.
Ermənistanın “Lragir.am” saytı isə Aksyonovun İrəvana səfərinin məhz Putin tərəfindən Sərkisyana təklif edildiyini bildirib. Mətbuatın iddiasına görə, Rusiya məhz bu səfərin qarşılığında İrəvana 200 milyon dollar kredit verəcəyini bildirib.