Daha bir "qiyamçı" diplomat işdən qovuldu
Tarix: 9-09-2015, 13:09 |
Çap et
Azərbaycanın Avstraliyadakı səfirliyi ətrafında səfirliyin III katibi Anar Həsənovun işdən azad edilməsindən sonra başlayan qalmaqal səngimir.
“Turan” xəbər verir ki, Avstraliyadakı səfirlikdən işdən azad edilən təkcə Anar Həsənov deyil. Ondan əvvəl səfirliyin daha bir əməkdaşı - Fərid Sübhanverdiyev işdən azad edilib.
Məlumata görə, diplomatlardan qiyamçı səfir, Azərbaycanın Avropa İttifaqı yanında keçmiş daimi nümayəndəsi Arif Məmmədovun əleyhinə bəyanat vermək tələb olunub. İmtina edənlər isə işdən azad ediliblər.