
Rəqqasə Fatimə Fətəliyeva tədbirlərin birində fotokameramız qarşısına keçərək, şəkillər çəkdirib.
Axşam.az-ın məlumatına görə, sənətçi bu yaxınlarda fotosunu paylaşdığı bağ evindən də söz açıb. O, sosial şəbəkədə ünvanına yazılanlara belə cavab verib:
“Camaat nələr edir. Mən balaca daxmamın kiçik küncünü göstərmişəm, tənqid edirlər. Mən də övladlarımın gələcəyini indidən düşünən analardanam. Oğlum üçün ev tikdirmişəm. Qızıma da cehiz yığmağa başlamışam. İstəyirəm ki, mən həyatdan köçəndə onların hər şeyləri olsun”.

