Azərbaycanlı pilotun qalıqları tapılıb
Tarix: 9-09-2015, 12:26 |
Çap et
Rusiyanın Smolensk vilayəti ərazisində içərisində azərbaycanlı pilotun qalıqlarının olduğu hərbi təyyarənin parçaları tapılıb.
Bu barədə APA-ya Krımın Azərbaycanlı İcmasının sədri Rəhim Hümbətov məlumat verib.
Axtarış qrupu həmin pilotun 1920-ci ildə Azərbaycanda doğulmuş İsrafilov Əziz Abdul oğlu olduğunu müəyyənləşdirib. O, 27-ci aviasiya alayında pilot kimi xidmət edib. 13 avqust 1943-cü ildə hərbi tapşırıq məqsədilə uçuş həyata keçirib və itkin düşüb.