Rusiya: Yanukoviçi devirənlər Qarabağda döyüşüblər
Tarix: 9-09-2015, 11:39 | Çap et
Rusiya: Yanukoviçi devirənlər Qarabağda döyüşüblər
Ukraynada dövlət çevrilişində iştirak edən sağ milli-radikal hərəkatların liderləri Qarabağ da daxil olmaqla bir sıra qaynar nöqtələrdə döyüşlərdə iştirak ediblər.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “Rossiyskoe qazeta”ya müsahibəsində bildirib.

“Çeçenistan Respublikasında törədilən cinayətlə bağlı istintaq işinin materiallardan aydın olur ki, 2014-cü il Ukrayna anti-Konstitusional çevrilişdə iştirak edən sağ milli-radikal hərəkatların liderlərinin böyük əksəriyyəti zamanında Çeçenistanda formalaşdırılan qanunsuz dəstələrin tərkibində iştirak edib. Buna qədər isə bu şəxslər Dnesteryanı, Dağlıq Qarabağ, Cənubi Osetiya və digər qaynar nöqtələrdə döyüşüblər”, - deyə Bastrıkin bildirib.

Komitə sədrinin sözlərinə görə, onlar məhz burada nəinki döyüşlər aparmağı, hətta Ukraynada siyasi vəziyyətin gərginləşdirilməsi üçün istifadə etdikləri ideoloji müharibə sahəsində də təcrübə toplayıblar.

Xatırladaq ki, hələ 2010-cu ildə Ukrayna Milli Assambleyasının İdarə heyətinin sədri Vesti.az-a müsahibəsində bildirmişdi ki, Ukrayna millətçiləri Azərbaycanın tərəfində, ölkənin ərazi bütövlüyünün saxlanılması uğrunda vuruşublar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net