Şri-Lankada vəhşi fil yerli jurnalist Priyantu Ratnayakanı tapdalayıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, insident turistlər üçün populyar olan Minneriya Milli Parkında qeydə alınıb. 43 yaşlı jurnalist hücumdan sonra Hingurakgoda Hospitala çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Şri-Lankada son bir ildə fillərin hücumundan 70 nəfərdən çox adam ölüb.