"WhatsApp"a görə törədilən cinayətin məhkəməsi başladı
Tarix: 8-09-2015, 17:58 | Çap et
"WhatsApp"a görə törədilən cinayətin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində "WhatsApp"da mübahisə etdiklərinə görə sinif yoldaşını bıçaqlayan 1998-ci il təvəllüdlü Rövşən Şahmarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirilib.

Bu ilin aprelin 21-də Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdi Rövşən Şahmarov sinif yoldaşı Elvin Muradova 18 bıçaq zərbəsi vurub. "WhatsApp"da söhbət zamanı bir-birini təhqir edən sinif yoldaşları görüşmək qərarına gəliblər.

Mübahisəyə aydınlıq gətirmək istəyən Rövşən Şahmarov NZS qəsəbəsindən gecə saat 1 radələrində Elvinin yaşadığı Qara Qarayev küçəsi, 29 ünvanına gəlib. Orada da Elvini bıçaqlayıb. Yaralını 3 saylı xəstəxanaya çatdırmaqla həyatını xilas etmək mümkün olub.

Cinayət Məcəlləsinin 29.1 və 120.1-ci maddələri ilə təqsirləndirilən Rövşən Şahmarovun anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 11-nə təyin edilib/milli.az/.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net