“Diplomat təmsil etdiyi ölkənin əleyhinə danışa bilməz”- Hikmət Hacızadə
Tarix: 8-09-2015, 16:22 |
Çap et
“Biz dəfələrlə görmüşük ki, diplomatlar, vəzifəli şəxslər, bu və ya digər formada bir dövlətdən digərinə keçib, sığınacaq istəyib. Əslində bu düzgün hal deyil, diplomat təmsil etdiyi ölkənin əleyhinə danışa biləz.”
Bunu Avstraliya hökumətindən sığınacaq istəyən azərbaycanlı diplomat Anar Həsənovun addımına münasibət bildirən Hikmət Hacızadə deyib. Politoloqun sözlərinə görə, diplomat ölkəsi əleyhinə hansısa açıqlama verəcəyi halda, vəzifəsindən azad oluna bilər:
“Diplomat təmsil etdiyi dövlətin əleyhinə hər hansısa açıqlama verəcəyi halda ölkənin tam hüququ var ki, onu vəzifəsindən azad etsin. Diplomat ölkəsi haqda mənfi bir açıqlamanı istefa verdikdən sonra dilə gətirə bilər. Hesab edirəm ki, diplomatlarımızın bu tip addımları bundan sonra da ola bilər. Bunu təkcə diplomatlarla da əlaqələndirmək olmaz, adi insanlar da olur ki, imkan əldə edən kimi yaşadıqları ölkəni daha yaxşı bir ölkəyə dəyişmək variantından istifadə edirlər”.