Abdulla Gülün keçmiş mühafizəçisi də İğdırdakı partlayışda şəhid olub
Tarix: 8-09-2015, 15:18 | Çap et
Abdulla Gülün keçmiş mühafizəçisi də İğdırdakı partlayışda şəhid olub
Bu gün Türkiyənin İğdır vilayətində baş verən terror aktında həlak olan polislərdən biri Abdulla Gülün prezidentliyi dövründə onun mühafizə xidmətində çalışıb.

APA-nın “Vatan” qəzetinin saytına istinadən verdiyi xəbərə görə, şəhid polis məmuru Fəhmi Şahin A. Gülün prezidentliyi dövründə onun şəxsi mühafizəçilərindən biri olub. A. Gülün səlahiyyət müddəti başa çatdıqdan sonra F. Şahin İğdıra, Dilucu gömrük-keçid məntəqəsinə göndərilib.

Qeyd edək ki, bu gün səhər polisləri Dilucu gömrük-keçid məntəqəsinə aparan mikroavtobus PKK terrorçuları tərəfindən partladılıb. Nəticədə 13 polis əməkdaşı şəhid olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net