"İğdırla yanaşı, Naxçıvan da təhlükədədir" - Fazil Mustafa
Tarix: 8-09-2015, 14:41 |
Çap et
"İndi də Naxçıvan sərhəd qapısına yaxin yerdə Türkiyədə İğdır ilində PKK tərəfindən daha 10 nəfər şəhid edildi."
Avropa.info xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.
F.Mustafa İğdırla yanaşı, Naxçıvanın da təhlükədə olduğunu bildirib:
"Məlumunuz olsun ki, hazırda iğdır bələdiyyə başqanı və oradan seçilən bütün millət vəkilləri HDP-dəndir və bu gün siyasi səbatsızlıq üzündən İğdırı kürd terrorçularına təslim edən AKP, MHP və CHP yönəticiləri utanc duymalıdır. Elə strateji bölgələr var ki, orada terrorçulara yol açmamaq üçün mütləq daha çox şansı olanların uzlaşması gərəkirdi. Əvvəllər yenə MHP heç olmazsa bir yer qazanırdı, bu dəfə onu da itirdilər. Bu uzlaşmanı Türkiyə və Azərbaycan naminə etmədilər, indi İğdırla yanaşı, Naxçıvan özü də təhlükədədir. Məncə önümüzdəki illərdə Azərbaycan rəhbərliyi də bu məsələyə yönəlik ciddi tədbirlər görməyi düşünməlidir".