"Keçmiş həyat yoldaşım 12 il sonra məcburən evləndi"
Tarix: 8-09-2015, 13:54 | Çap et
"Keçmiş həyat yoldaşım 12 il sonra məcburən evləndi"
Əməkdar artist Elza Seyidcahan “Günə baxan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni qızı Gülşənin həyat yoldaşı Elxandan bəhs edib:

“Elxan fotoqrafdır. 12 yaşı olanda atasını və anasını itirib. Tək, öz gücünə işləyib, ayaqda qalmağa çalışıb. Çox ağıllıdır. Onun bu bacarığına, tərbiyəsinə görə qızımla ailə qurmasına icazə vermişəm”.

E.Seyidcahan keçmiş həyat yoldaşı Elşəndən də söz açıb:

“Elşən ailəsi dağılandan sonra 12 il subay qalıb. İndi çox yaşlı görünür. Ayrılandan sonra fikir çəkirdi. Ailəsinin dağılmasını istəmirdi. Qadınlar dözümlü olur, kişi yox. Aramızda beş yaş fərq var. 12 ildən sonra məcburən ailə qurub. İndi ikinci evliliyindən bir oğlu dünyaya gəlib".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net