
Bakıda yol-nəqliyyat hadisəsi törətmiş şəxs müəyyən edilib.
Lent.az xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Ayşən Quliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobil tərəfindən törədilməsi məlum olub. Avtomobilin sürücüsünün isə Bakı şəhər sakini Tamilla Məlikova olması və qəzanın onun tərəfindən törədilməsi müəyyən edilib.