Prezidentliyə keçmiş namizəd tutuldu
Tarix: 8-09-2015, 13:28 | Çap et
Prezidentliyə keçmiş namizəd tutuldu
Belarus prezidentliyinə keçmiş namizəd, hüquq-mühafizə orqanları tərəfindən axtarılan Ales Mixaleviç ölkəsinə geri qayıdarkən Minsk hava limanında saxlanılıb.

Modern.az Belarus KİV-nə istinadla xəbər verir ki, bu barədə ölkənin Sərhəd Xidməti məlumat yayıb. 2010-cu il prezident seçkiləri zamanı namizədliyini irəli sürən Mixalieviç kütləvi iğtişaşlar törətməkdə təqsirli bilinərək ev dustaqlığına məhkum edilsə də, gizli yolla ölkəni tərk etmişdi.

“Dəfələrlə demişdim ki, bütün siyasi məhbuslar azad edilən kimi ölkəyə geri dönəcəyəm. Onlar azad olunub və mən geri qayıdıram”, - Mixalieviç bir neçə gün öncə öz Facebook səhifəsində yazıb.

2001-ci ilin dekabr ayında prezident seçkilərində baş verən saxtakarlığa etiraz edən 700 nəfər Belarus Mərkəzi Seçki Komissiyasına hücum etmişdi. Polis gücünə yatırılan aksiyadan sonra prezidentliyə namizəd Nikolay Statkeviç və daha 5 müxalif siyasətçşi həbs olunmuşdu. Prezident Aleksandr Lukaşenko onları bu il avqustun 23-də əfv edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net