
Əməkdar artist Əkbər Əlizadə aparıcı Mətanət Əliverdiyevanın kürəkəni olacaq. Amma serialda.
Publika.az-a açıqlama verən aktyor “Qız atası” serialında yeni rolundan danışıb.
“Qız atası serialında daimi aktyorlar var, kürəkənlər tez-tez dəyişir. Amma mən yeni mövsümdən mütəmadi şəkildə həmin serialda iştirak edəcəm. Kürəkən rolundan çox razıyam. Alik şıltaq, mızmıza, vasvası bir oğlandır, hər şeyi bəynmir, dedi-qodu eləməkdə arvadlardan geri qalmır. Vidadi müəllimlə Nəzakətin kürəkəni olmaq ayrı bir ləzzətdir, əlimdən bezsələr də, xeyri olmur, zəhlələrini tökməkdə davam edirəm”.