"Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayrılıb"
Tarix: 8-09-2015, 11:29 | Çap et
"Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayrılıb"
“Şəkidə 7 bal gücündə zəlzələ baş verən qəsəbədə 90-a yaxın ailə yaşayır, 90 ev var. Qəsəbə bələdiyyəsinin, icra nümayəndəsinin də yerləşdiyi uşaq bağçası və 4 ev uçub, digər evlərdə də böyük çatlar yaranıb”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.

A. Şərifovun sözlərinə görə, Şəkinin digər kəndlərində də evlərdə çatlar əmələ gəlib, Şəkinin özündə isə bir yaşayış binasının divarı uçub: "Hələ araşdırmalar gedir. Bununla belə, dünən dövlət başçısının göstərişi, Nazirlər Kabinetinin sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 2 milyon manat ayrılıb. Yüksək ballıq zəlzələ olmasına baxmayaraq, şükür ki, insan tələfatı, xəsarət alanlar yoxdur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net