Tacikistanda silahlı üsyan yatırıldı
Tarix: 8-09-2015, 10:50 | Çap et
Tacikistanda silahlı üsyan yatırıldı
Tacikistan höküməti keçmiş müdafiə nazirinin müavini Əbdülxalim Nəzərzoda tərərinfən təşkil olunmuş silahlı üsyanın qarşısının alındığını elan edib.

ANS PRESS-in məlumatına görə, generalın tərəfdarları və təhlükəsizlik qüvvələri arasında baş vermiş atışmalarda hər iki tərəfdən 20 nəfərdən çox insan həlak olub, 40 nəfər həbs olunub.

Hökümətin yaydığı bəyanata görə, Nəzərzoda ölkəsindəki islamçı partiyanın üzvü olub. Təkcə sentyabrın 7-də nazir müavininin 14 tərəfdarının həbs olunduğu, külli miqdarda silah-sursatın müsadirə olunduğu bildirilir. Tacik qoşunları general Nəzərzodanı paytaxt Düşənbədən 150 km şərqdə yerləşən Romit dərəsi adlandırılan ərazinin yaxınlığında axtarışını davam etdirir.

Keçmiş nazir müavininin axtarışına sentyabrın 4-də Düşənbədə silah anbarına və polis məntəqəsinə edilmiş qanlı hücumdan sonra başlanılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net