Dələduzluq edən dəstə üzvləri saxlanıldı
Tarix: 8-09-2015, 10:19 | Çap et
Dələduzluq edən dəstə üzvləri saxlanıldı
Astara rayonunda dələduzluq hadisəsi baş verib. Hadisə rayonun Şiyəkəran kəndində qeydə alınıb.

Astara rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Şiyəkəran kənd sakini Tural Həsənağa oğlu Manafov idarə etdiyi “VAZ-2106” markalı, 07-BA-716 dövlət qeydiyyat nişanlı avtomobillə kənd mərkəzində hərəkətdə olarkən əvvəlcədən əlbir olan bir qrup şəxs- Sövman Əlibala oğlu Səmədov, Fuad Rəsul oğlu Rasimzadə, Elvin Şirzad oğlu Quliyev və Fərid Fərmayıl oğlu Əlizadə onun avtomobilini saxlatdıraraq ona zorakılıq tətbiq edəcəyi ilə hədələyərək onun üstünə basqın ediblər.

Basqınçılar Tural Manafovdan pul istəyiblər. T. Manafov isə bu hədələrə razı olmadığı üçün Əlizadə Fərid Fərmayıl oğlu digər dələduzlarla birgə onun avtomobilinə əyləşib və Tural Həsənovu döyərək onun 2 manat pulunu və avtomobilinə məxsus bir ədəd ehtiyyat təkərini və avtomobilləri təmir etmək üçün olan açarları ələ keçiriblər.

Faktla bağlı Astara rayon Polis Şöbəsinin baş müstentiqi Samir Həsənov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslərdən Səmədov Sövman istintaqa çağırılıb. Lakin o, ifadə verməyə gəlməyib. Buna görə də onun barəsində əməliyyat-axtarış elan edilərək saxlanılaraq barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net