Putin müalicə aldığı xəstəxananın adını çəkdi
Tarix: 7-09-2015, 18:17 |
Çap et
Rusiya prezidenti Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsi forumunun “Keyfiyyətli və münasib tibbi yardım naminə” adlı dəyirmi masasında iştirak edib. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, jurnalistlərdən birinin verdiyi sualı cavablandıran Putin müalicə üçün Rusiya Federasiyası Prezident İşləri üzrə İdarəsinin Mərkəzi Klinik Xəstəxana və poliklinikası müəssisəsinə müraciət etdiyini deyib:
“Çalışıram ki, müalicə almayım və idmanla məşğul olum. Amma nəsə olsa, o saat Mərkəzi Klinik Xəstəxana və poliklinikasına müraciət edirəm”.
Putin 1957-ci ildə əsası qoyulan dövlət müəssisəsinin həm sovet dövründə, həm də müstəqil Rusiyada yüksək çinli məmurları müalicə edən ənənəvi tibb ocağı adlandırıb. Onun sözlərinə görə, Mərkəzi Klinik Xəstəxana və poliklinika personalının əksəriyyəti indiki durumundan narazıdır: “Onlar fikirləşirlər ki, kadrların hazırlanması və maliyyələşdirilməsi, tibbi texnikanın səviyyəsi bugünkü standartlara tam cavab vermir”.
Putin forum iştirakçılarına geniş tibb islahatı aparılacağı vədini verib.