Hərbi attaşelər erməni təxribatı ilə bağlı məlumatlandırıldı
Tarix: 7-09-2015, 16:55 | Çap et
Hərbi attaşelər erməni təxribatı ilə bağlı məlumatlandırıldı
Sentyabrın 7-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 13 dövlətin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin iştirakı ilə görüş keçirilib. Axar.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirin tapşırığına əsasən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov sentyabrın 6-dan başlayan Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə keçirilən Komanda Qərargah Hərbi Oyunları haqqında görüş iştirakçılarına məlumat verib.

Oyunların keçirilmə müddəti və məqsədi, təlimlərdə iştirak edən şəxsi heyətin sayı, cəlb olunan zirehli texnika, aviasiya vasitələri, digər qurğu və sistemlərin miqdarı, eləcə də bu mövzuda digər məsələlər xarici ölkələrin hərbi nümayəndələrinin diqqətinə çatdırılıb.

Görüşdə qoşunların təmas xəttindəki son durum, qarşı tərəfin vəziyyəti gərginləşdirmək məqsədilə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinə, mülki əhaliyə qarşı təxribatları, Silahlı Qüvvələrimizin bölmələrinin qısa müddət ərzində düşmənə vurduğu cavab zərbləri, erməni hərbi bölmələrinin çoxsaylı itkiləri və digər məsələlər barədə ətraflı məlumat verilib.

Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, BMT-nın Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi, dünya ictimaiyyətinin bu məsələyə göz yumması, həmçinin xüsusi olaraq Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın işğaldan azad edilməsinə hazır olması bir daha hərbi attaşelərin diqqətinə çatdırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net