Məşhur aparıcı soyadını dəyişməsinə aydınlıq gətirdi (VİDEO)
Tarix: 7-09-2015, 12:41 | Çap et
Məşhur aparıcı soyadını dəyişməsinə aydınlıq gətirdi (VİDEO)
“Mən fəxr edirəm ki, Ağasəf Səlimovun adını daşıyıram”.

Bunu “Günə Baxan” verlişinin qonağı olan ANS-in məşhur aparıcısı Rövşanə deyib. O Rövşanə Bektaşi indi isə- Rövşanə Ağasəfqızı soyadı ilə fəaliyyət göstərməsinə açıqlama gətirib.

Aparıcı atasının arzusu ilə onun adını özünə soyad kimi seçdiyini bildirib:

“Atam çoxdan istəyirdi ki, mən onun soyadını daşıyım. Amma bir çox səbəblərdən bu alınmırdı. Atamın vəfatından sonra qərara aldım ki, mən Rövşanə Ağasəf qızı kimi fəaliyyət göstərəcəm. Çox heyfislənirəm ki, bu istəyi atam sağ olarkən yerinə yetirə bilmədim. Mənim üçün bir fəxrdir ki, Qarabağ veteranının, ömrünün 45 ilini Daxili işlər orqanlarında işləyərək keçirmiş polokovnik Ağasəf Səlimovun adını daşımaq mənim üçün bir fəxrdir”.

Aparıcı efir vasitəsilə saytlara müraciət edərək soyadını düzgün yazmağı tələb edib.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net