Erməni generalın qanlı keçmişi - Genetik kod
Tarix: 7-09-2015, 11:49 |
Çap et
Son günlərdə erməni mətbuatında Ermənistan ordusunun yaradıcılarından biri, “qəhramanı”, Qarabağ müharibəsində Azərbaycana qarşı hərbi əməliyyatların aktiv iştirakçısı general-polkovnik Qurqen Dalibaltayan barədə məlumatlar yayılmaqdadır.
RST.az xəbər verir ki, bu soyad “Dəlibaltayan”, ermənilərin bizlərdən oğurladıqları yüzlərlə soyadlardan biridir. Lakin araşdırmalar bizləri maraqlı faktla qarşı qarşıya qoyur. Ekspertlərin araşdırması onu deməyə əsas verir ki, bu soyadın mənbəyi ermənilərin türkləri qətlə yetirdikləri Türkiyənin Qars vilayətində günahsız insanları işgəncə ilə, qadın, uşaq, qoca demədən işgəncə verib, balta ilə doğrayan bir nəslin nümayəndələrinə verilən “dəli baltalar” ləqəbindən götürülüb. Müsahibələrinin birində baba qardaşının Göycə mahalında, Andronikin dəstəsində Şişqaya, Zod və digər kəndlərdə günahsız azərbaycanlıları qətlə yetirən dəstənin baş bilənlərindən olduğu ilə fəxr edən Dalibaltayan daim bu fikirləri erməni millətinə təlqin edib. O zaman, Göycə mahalında 150 kənddən 30-u yerlə-yeksan edilmiş, sonrakı geriyə dönmək məqamında da həmin kəndlərdə yaşayan olmamışdı, yəni, əhali qalmamış, eləcə də Basarkeçər və Çəmbərək bölgəsinin 60-dan artıq kəndinin əhalisi amansız zülmün, xüsusilə də, terror əməliyyatının qurbanı olub.
Məhz bu terrorçuların davamçısı, onların əməllərini özünə soyad götürüb, daşıyıçısı olan Qurqen Harutyun oğlu Dalibaltayan SSRİ-də yüksək hərbi vəzifələrdə xidmət etmiş, 90-cı illərdə Ermənistana gələrək babasının etdiyi eyni hərəkətləri Şuşada edib. Bunun nəticəsində Şuşada 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Bu gün Ermənistan ictimayəti həmin cəlladı xalqın qəhrəmanı, igid oğlu, xilaskarı kimi dəfn edir. Yəqin bu dəfə erməlilər üçün balta igidlik rəmzinə çevriləcək. Çox güman ki, bir zamanlar mənfur erməninin bayragımızı təhqir etməsinə dözlə bilməyən Azərbaycan xalqının igid oğlu Ramil Səfərovun balta ilə karikaturasını çəkən və dünya ictimaiyətinə cəllad kimi tanıtmağa çalışan ermənilər indi Dalibaltayanın məzarı üstünə balta fiquru qoyub, qəhrəmanlıq dastanı yazacaqlar.
Qeyd edək ki, 1926-cı ildə Gürcüstanın Ninoçminda rayonunda anadan olmuş Dalibaltayan SSRİ ordusunda yüksək vəzifələr tutub. 1991-1993-cü illərdə Ermənistan ordusunun baş qəraragh rəisi və müdafiə nazirinin 1-ci müavini olan Dalibaltayan 1992-ci ildə Şuşanın alınması ilə nəticələnən “Dağlarda toy” əməliyyatının planını cızanlardan biridir.