Zəlzələ ilə əlaqədar Azsığorta şirkəti operativ qərargah açıb
Tarix: 7-09-2015, 11:17 | Çap et
Zəlzələ ilə əlaqədar Azsığorta şirkəti operativ qərargah açıb
Zəlzələ ilə əlaqədar Azsığorta şirkəti operativ qərargah açıb.

Trend-in məlumatına görə, 4 sentyabrda Azsığorta şirkəti Fövqəladə Hallar Nazirliyi ilə birlikdə zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah açılıb. Şirkətin qəza ekspertləri, zərərləri qiymətləndirmək üçün ətraf rayonlara baş çəkiblər.

Hazırda 60-dan çox ərizə qəbul edilib və bu proses davam edir. Zərərçəkənlərə kömək, ən qısa zamanda göstəriləcək.

Xatırladaq ki, 4 sentyabr tarixində Şəkidən 29 km. aralı güclü zəlzələ baş vermişdir – episentr ətrafında 7 bala qədər, Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər ətraf rayonlarda isə 5-6 bal gücündə təkanlar hiss edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net