Müdafiə nazirinin keçmiş müavini məhkəmə qarşısında
Tarix: 3-09-2015, 15:22 | Çap et
Müdafiə nazirinin keçmiş müavini məhkəmə qarşısında
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Ağaveyis Şahverdi vəsatətlə çıxış edərək cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi sentyabrın 10-dək təxirə salınıb.

Qeyd edək ki, M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir.

M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net