Ermənilər artıq evlərimizi atəşə tutmağa başlayıblar
Tarix: 3-09-2015, 12:52 | Çap et
Ermənilər artıq evlərimizi atəşə tutmağa başlayıblar
Ermənilər Tovuzun sərhəd kəndlərini atəşə tutublar.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərini yandırıcı güllələrdən intensiv atəşə tutublar.

Nəticədə Əlibəyli kəndində Tarıyel İsmayılov və Mayıl Ağacanova məxsus evlər yanıb. Əraziyə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib.

Erməni silahlı bölmələrinin acdığı atəş nəticəsində 1952-ci il təvəllüdlü Tofiq Kazımov isə qarın boşluğundan güllə yarası alıb. O, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən kənd sakinin vəziyyətinin orta ağır olduğu bildirilir.

Azərbaycan Silahlı Qüvvələri düşməni cavab atəşi ilə susdurub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net