“Çılğınlıq qız vaxtlarımda qaldı” - Elnarə
Tarix: 3-09-2015, 11:32 | Çap et
“Çılğınlıq qız vaxtlarımda qaldı” - Elnarə
“Bir çox layihələrdə həm münsif kimi, həm də ifaçı kimi yer alıram, xeyriyyə tədbirində iştirak edirəm. Bir sözlə, sosial yönümlü heç bir tədbirdən geri qalmıram. Bütün maraqlı tədbirlərdə varam. Hiss edirəm ki, get-gedə “sosial ledi”yə çevrilirəm”.

Vertikal.az xəbər verir ki, bunu “Kaspi”yə müsahibəsində müğənni Elnarə Xəlilova deyib. O bildirib ki, bir zamanlar şou səhnəsinin çılğın, ərköyün qızı olan o Elnarədən indi əsər-əlamət belə qalmayıb: “O dəliqanlılıq, çılğınlıq qız vaxtlarımda qaldı. Hər yaşın öz gözləlliyi var. 20-25 yaşım olanda o ərköyünlüyü edirdim. Çünki o yaş dövrüm üçün etdiyim hərəkətlər mənə yaraşırdı. Yaş insanı dəyişdirir. Ana olandan sonra qadın tamamilə dəyişir”.

E. Xəlilova deyib ki, o çalışır ki, heç kimə paxıllıq etməsin. Amma paxıllıq etdiyi insanlar da var: “Misal üçün, Beyonsenin konsertinə, onun performasına baxanda həsəd aparıram. Arzulayıram ki, mən də elə konsert verim”.

Elnarə səhnə hazırlıqları barədə də danışıb: “Səhnəyə çıxanda ifaçı gərək səhnə geyiminə, saçına fikir versin. Hərdən məndə də bu kimi hallar baş verir. Belə ki, efirə saçlarım qıvrım, təbii halımla çıxıram. Bu da həmişə olmur. Hiss olunur ki, səhnəyə bir o qədər hazırlaşmamışam. Lakin mən Elnarəyəm, artıq tamaşaçı məni tanıyır. Hesab edirəm ki, mənə bunu tək-tük hallarda etmək olar. Çünki mən ulduzam, hər halımla gözələm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net