Pasportun üzündə “Nazarbayev” yazılacaq
Tarix: 2-09-2015, 17:54 |
Çap et
Qazaxıstan vətəndaşlarının pasportu üzərində ölkə Prezidenti Nursultan Nazarbayevin sitatlarının yazılması planlaşdırılır.
Axar.az “Slon.ru”ya istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı olan qanun layihəsinə parlamentdə baxılacaq. Qanun layihəsi özündə “şəxsiyyəti təsdiq edən sənədlər haqqında” qanuna düzəlişləri əks etdirir. Vətəndaşların pasportunun üzərində Nazabayevin müstəqilliklə bağlı olan sitatının yazılması nəzərdə tutulur, amma hansı sitatın olacağı açıqlanmır.
Xatırladaq ki, Nursultan Nazarbayev Qazaxıstana 1980-cı illərin sonlarından rəhbərlik edir.