Rusiya Futbol İttifaqının "köhnə" yeni prezidenti
Tarix: 2-09-2015, 15:55 |
Çap et
Rusiya Futbol İttifaqının (RFİ) yeni prezidenti seçilib.
ANSPRESS-in məlumatına görə paytaxt Moskvada keçirilən növbədən kənar iclas zamanı Rusiya İdman naziri Vitaliy Mutko yenidən RFİ-nın prezidenti vəzifəsinə təyin olunub.
O, bu vəzifəyə tək namizəd olub. Açıq şəkildə keçirilən səs vermə zamanı 393 nəfər yekdilliklə Mutkoya səs verib. Yeni seçilmiş Prezidentin səlahiyyət müddəti isə bir il olacaq.
Yeni seçkilər 2016-cı ilin sentyabr adyında keçiriləcək.
Mutko həm Rusiya İdman naziri həm də RFİ-nın Prezidenti vəzifələrində 2018-ci ilə qədər qalmaq niyyətində olduğunu bildirib.
57 yaşlı Vitaliy Mutko Rusiya Futbol İttifaqının prezidenti vəzifəsinə ilk dəfə 2005-ci ildə seçilib. 2008 - ci ildən o Rusiya Federasiyasının Gənclər, idman və turizm naziri, 2012-ci ildən isə ölkənin idman naziri vəzifəsini icra edir.