QAT Mxitaryanı hədəfə aldı
Tarix: 2-09-2015, 15:38 |
Çap et
FaktXəbər-in verdiyi məlumata görə, Qarabağ Azadlıq Təşkilatı “Borussiya” Dortmund komandasının erməni əsilli futbolçusu Mxitaryanın “Qəbələ” komandası ilə oyuna qatılmaq istəyinə qəti şəkildə etiraz edir. Qurum bununla bağlı bəyanat yayıb. Bəyanatda daha sonra deyilir:
Azərbaycan Xarici işlər nazirliyinin bu məsələ ilə bağlı açıqlaması qəbul edilən deyil. Azərbaycan XİN bu açıqlaması ilə hökumətin qərarına, Azərbaycan qanunlarına hörmət etmədiyini göstərdi. Azərbaycanın sərhədlərini pozaraq işğal olunmuş ərazilərə səfər edən hər kəs ölkəmiz üçün arzuolunmaz şəxsdir. Ona görə də Mxitaryana istisna edilməsi başa düşülən deyil. “İdmanı siyasətə qarışdırmaq olmaz” deyənlərin nəzərinə çatdırırıq ki, Mxitaryan özü hər şeyi siyasiləşdirib, öz işi ilə məşğul olmaq əvəzinə, işğal olunmuş ərazilərə qanunsuz səfərlər edir, qondarma, separatçı rejimin təbliği ilə məşğul olur, Ermənistanın işğalçı hərəkətlərinə bəraət qazandırmağa çalşır. Ona görə də bu adamın Azərbayacana buraxılmasına heç bir halda yol vermək olmaz. O, idmançından daha çox, erməni təbliğatçısı, işğalçı Ermənistanın müdafiəçisi kimi çıxış edir.
Digər tərəfdən, “Borussiya” və “Qəbələ” klublarının, həmçinin Azərbaycan hakimiyyətinin nəzərinə çatdırırıq ki, Mxitaryanın Azərbaycanda oyuna qatılması çox ciddi problemlər yarada, azarkeşlərin emosiyalarını qızışdıra, bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. Bu amillər nəzərə alınmalı, vaxtında düzgün qərarlar qəbul olunmalıdır.
Biz bir daha Azərbaycan hakimiyyyətindən bu erməni təbliğatçısının ölkəyə buraxılmaması üçün prinsipial mövqə tutmasını tələb edirik. Əks halda, biz etiraz aksiyalarının keçirilməsinə başlayacağıq, erməni Mxitaryan isə Azərbaycana daxil olan andan hədəfimizdə olacaq. Baş verə biləcək hadisələrin məzuliyyəti Azərbaycan hökumətinin, “Borussiya” və “Qəbələ” klublarının rəhbərliklərinin üzərinə düşəcək.
Biz Birinci Avropa Oyunlarında ermənilərin iştirakı ilə bağlı təsirli aksiyalar keçirdik, amma tədbirin əhəmiyyətini nəzərə alaraq radikal addımlar atmadıq. İndi və indidən sonra isə bu cür güzəştə getməyəcəyik. Uşaq, böyük, idmançı, siyasətçi olmasından asılı olmayaraq istənilən erməninin səfərinin qarşısı qətiyyətlə alınacaq. İlanın özünə də, balasına da, bütün növlərinə də lənət olsun!