Nazirlik Cəlilabadda əməliyyat keçirdi- 2 nəfər saxlanıldı
Tarix: 2-09-2015, 14:49 | Çap et
Nazirlik Cəlilabadda əməliyyat keçirdi- 2 nəfər saxlanıldı
Son iki gün ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən ümumi çəkisi 24 kiloqramdan artıq narkotik vasitə müsadirə edilib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi və onun Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonunun Soltankənd kənd sakini Eyvaz Əmirovdan 9 kiloqramdan çox tiryək və 6 kiloqram həşiş qətranı, Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəbi Nurullayevdən 4 kiloqram 570 qram tiryək və 4 kiloqram 435 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net