İraqda 16 türk işçi qaçırıldı
Tarix: 2-09-2015, 12:37 |
Çap et
Bağdadın şərqində 16 türk işçi maskalı şəxslər tərəfindən qaçırılıb.
Axar.az xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi İraq rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, işçilər Bağdadın şərqindəki Sədr bölgəsində idman kompleksi inşa edən türk şirkətinin əməkdaşlarıdır.