Bakının mərkəzində özünü yandıran şəxs öldü
Tarix: 2-09-2015, 12:32 |
Çap et
Bir neçə gün əvvəl Bakıda özünü yandıran şəxs xəstəxanada vəfat edib.
Lent.az xəbər verir ki, Səbayel rayonunda üzərinə benzin tökərək özünə od vuran 1973-cü il təvəllüdlü Hüseynov Ayaz Fikrət oğlu Respublika Yanıq Mərkəzində ölüb.
Həkimlər ikinci və üçüncü dərəcəli müxtəlif yanıq xəsarətləri almış 42 yaşlı kişinin həyatını xilas edə bilməyiblər.