Rusiya üçün çox bədbin proqnoz - Aleksey Kudrindən açıqlama
Tarix: 2-09-2015, 11:38 | Çap et
Rusiya üçün çox bədbin proqnoz - Aleksey Kudrindən açıqlama
2020-ci ildə Rusiya SSRİ-nin çöküşündən bu yana dünya ÜDM-də payına görə ən kiçik ölkə olacaq.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə sabiq maliyyə naziri Aleksey Kudrin çıxış edib. O, bu haqda “Kommersant” qəzetinə müsahibə verib.

Kudrinin fikrinə görə, 2016-cı ildən sonra Rusiyanın inkişafı olduqca zəif – 0,5-1,5% olacaq. 2020-ci ildə isə dünya iqtisadiyyatında Rusiyanın payı cəmi 2,6% olacaq.

Sabiq maliyyə naziri hesab edir ki, iqtisadi artımın sürətlənməsi üçün biznesə islahatlar planı vermək lazımdır. İslahatlara başlıca maneə kimi təhlükəsizlik orqanlarını, dövlət nəzarətinin güclənməsini, qiymət və maliyyə əməliyyatları üzərində nəzarəti göstərib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net