Rauf Arifoğlu: “Bunları bədxahlarıma ünvanlayıram…”
Tarix: 1-09-2015, 17:54 |
Çap et
Deputatlığa namizədliyimi 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsindən verməyi düşündüyümü demişdim. Lakin bunu yayan media quruluşuna məlumatı bir qədər əskik vermişəm...
Axar.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Arifoğlu deputatlığa namizədliyini irəli sürməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirərkən sosial şəbəkədəki profilində paylaşıb. Onun sözlərinə görə, 34 saylı dairədən namizədliyini vermək ehtimalı da var:
“Düşüncəmdə Tovuzdan daha çox, 34 saylı Xətai seçki dairəsi var. Doğulduğum torpaqlardan böyük səs üstünlüyü ilə keçmə ehtimalım yüksəkdir; ümumiyyətlə əminəm ki, Azərbaycanın hər hansı bir guşəsindən rahatlıqla deputat seçilə bilərəm. Lakin hər gün işləyən redaktor kimi, Bakıdan namizədliyimi vermək, kampaniyamı buradan aparmaq mənə daha rahatdır. Hətta ortam uyğun olmasa, ümumiyyətlə namizədliyimi verməyəcəm. Bu, məndən heç nəyi əskiltməz.
Bunları xəbəri alan kimi adımın üstünə qarğa-quzgun kimi tökülən bədxahlarıma yazıram.
Ölkədə namizədliyini dəqiqləşdirən siyasi liderlər, ictimai-siyasi xadimlər var. Lakin bu mövzuda da tək bir nəfərin adı müzakirə mövzusuna çevrilib.
Əcaba, bədxahlar, DÜŞMƏNlərmi bu qədər güclü, yoxsa bizmi?”
Xatırladaq ki, Rauf Arifoğlu ötən parlament seçkisində namizədliyini 25 saylı Nizami İkinci Seçki Dairəsindən irəli sürmüşdü.