Bakıda jurnalistin maşınından oğurluq – 10 LS 333 + Fotolar
Tarix: 1-09-2015, 15:49 |
Çap et
“Ədalət “ qəzetinin müxbiri oğurluğa məruz qalıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə avqustun 30-u saat 21-dən 22-dək Vaqif prospekti 1-də yerləşən Zorqe parkının duracağında baş verib.
Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Bəhram Əhmədova məxsus Toyota markalı 10 LS 333 nömrəli avtomobilindən şüşəni sındırmaqla oğurluq edilib.
Maşının saxlan yerindən 055 207 51 ** GSM nömrəsi, şəxsiyyət, sürücülük və müxbir vəsiqəsi oğurlanıb.
Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.
***
"Ədalət" qəzetindən "Qafqazinfo"ya bildiriblər ki, onların bu adda müxbirləri yoxdur.