FaktXəbər-in verdiyi məlumata görə, Türkiyənin İpək Mediya Qrupuna bu səhər polis basqını həyata keçirilib. Buna səbəb isə Qrupa bağlı olan «Bu gün» qəzetinin manşetindəki xəbər olub. Xəbərdə Akçakale sərhəddində İŞİD-ə getdiyi iddia edilən silahların görüntüsü dərc edilib. Qəzetin Güngör Ergün adlı müəllifin təqdim etdiyi şəkillər arasında zireh hazırlamaq üçün düzəldilən və hər biri 400-500 kq ağırlığında olduğu deiylən lövhələr xüsusilə diqqəti cəlb edib.
Bütün bu malların hər kəsin gözü qarşısında sərhəddən keçdiyini bildirilən xəbərdə, sadəcə detenatorların qutular içində aparıldığı bildirilir. Bundan başqa gömrük məmurlarının partlayıcı maddə hazırlamaq üçün istifadə olunan süni gübrələrin keçirilməsinə göz yumduğu deyilir. FaktXəbər olaraq «Bu gün» qəzetinin manşetində yer alan və Akçakale sərhəddində İŞİD-ə getdiyi iddia edilən silahların görüntüsünü təqdim edirik:
Bu dəmir lövhələrdən İŞİD belə zirehli texnika hazırlayır