
PKK silahlıları Türkiyədə daha bir polis əməkdaşını öldürüb.
AzVision.az türk KİV-lərinə istinadən xəbər verir ki, hadisə İğdırın Qaraqoyunlu bölgəsində baş verib.
Belə ki, terroristlər türk polislərinə tələ qurublar. PKK yaraqlıları “burada şühbəli 2 şəxs var”,- deyə çağırdıqları polisi güllələyiblər.
Polis zabiti hadisə yerindəcə dünyasını dəyişib.