Ukraynadakı Azərbaycan səfirliyi açıqlama verdi
Tarix: 1-09-2015, 14:21 |
Çap et
Azərbaycanın Ukraynadakı səfirliyi Ukraynada baş verən partlayış zamanı azərbaycanların xəsarət alıb-almamsı ilə bağlı məlumat verib.
Səfirliyin birinci katibi Sabir Rzayev ANS PRESS-ə bildirib ki, Kiyevdə Ali Radanın binası qarşısında baş verən partlayışda həmyerlilərimizin olduğu haqqında səfirliyə heç bir müraciət olmayıb.
"Hələ ki, qarşıdurmada azərbaycanlıların xəsarət alması ilə bağlı heç bir məlumat daxil olmayıb. Amma araşdırmalar davam etdirilir. Əgər belə fakt aşkar edilsə səfirlik dərhal məlumat yayacaq."- deyə birinci katib əlavə edib.
Avqust ayının 31-də Kiyevdə Ali Radanın binası qarşısında polis və etirazçılar arasında baş verən qarşıdurma zamanı partlayış baş verib.
3 mindən çox insan parlament binası önündə nümayişə çıxıblar. Nümayiş zamanı etirazçılar daşlar və tüstü qırıcıları vasitəsi ilə özlərini müdafiə edir. Radanın binasını qoruyan polislər isə rezin kötəklərlə hücum ediblər. Hadisəylə bağlı 18 nəfər etirazçılar polis tərəfindən tutulub.