AMEA ermənilərin Azıx qazıntısı ilə bağlı mövqe ortaya qoyacaq
Tarix: 1-09-2015, 11:53 |
Çap et
Ermənilərin Azıx mağarasında apardığı qazıntı işləri ilə bağlı üç gündür ki, ölkə KİV-də xeyli sayda informasiya dərc olunsa da hələ ki, AMEA baş verənlərlə bağlı mövqe ortaya qoymayıb.
Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran AMEA-nın mətbuat xidmətinin rəhbəri Baba Əliyev böyük ehtimalla həftə sonuna doğru Tarix İnstitutu və ya Arxeologiya və Etnoqrafiya İnstitutunun bu məsələ ilə bağlı mövqe ortaya qoyacağını bildirdi.
Məsələ ilə bağlı Arxeologiya və Etnoqrafiya İnstitunun rəhbəri, tarix elmləri doktoru Maisə Rəhimova ilə də əlaqə saxlasaq da, Maisə xanım Bakıda olmadığı vurğuladı.