Ukrayna Ali Rada binasının qarşısındakı iğtişaşlardan sonra 18 nəfər həbsdədir
Tarix: 1-09-2015, 10:55 |
Çap et
Ukrayna Daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak bildirib ki, Ukrayna Ali Rada binasının qarşısındakı iğtişaşlardan sonra 18 nəfər hələ həbsdədir. Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.
Məlumatda bildirilir ki, saxlanılanlardan 13 nəfər azadlığa buraxılıb.