Gərginlik: ABŞ Polşaya ağır silahlar göndərir
Tarix: 1-09-2015, 09:43 |
Çap et
Amerika Rusiya ilə yaşanan gərginlikdən və Ukrayna böhranından dolayı 2016-ci ildə Polşanın şərq və qərb hissələrinə ağır silahlar yerləşdirməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Polşanın Müdafiə naziri Tomas Siemoniak açıqlama verib. O, sözügedən məsələ ilə bağlı son qərarın oktyabrda NATO müdafiə nazirləri ilə Brüsseldə gerçəkləşəcək görüşdən asılı olacağını deyib.
Qeyd edək ki, bir müddət öncə rəsmi Vaşinqton iyunda Baltik və Şərqi Avropa ölkələrinə döyüş tankları, piyada qoşunları və digər ağır silahlarla birlikdə 5 min amerikalı əsgər yerləşdirəcəyini açıqlamışdı. Bunun ardınca isə Rusiya Prezidenti Vladimir Putin Amerikanın bu planına qarşılıq olaraq nüvə ehtiyatlarını artıracağını söyləmişdi.