
Britaniyanın populyar müğənnilərindən olan Rita Ora Nyu-Yorkdadır. O, dünən yeni sinqlini təqdim edib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 24 yaşlı müğənni təqdimat mərasiminə şəffaf köynəkdə yollanıb.
Müğnninin sözlərinə görə, yeni konsert turnesinə hazırlaşır. Vaşinqton ştatındakı Santa-Ana şəhərində avqustun 25-də başlayacaq turne sentyabrın ortalarında başa çatacaq.



