Valeri Permyakov günahını boynuna aldı
Tarix: 12-08-2015, 15:48 | Çap et
Valeri Permyakov günahını boynuna aldı
Avqustun 12-də Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi hissəsinin əsgəri Valeri Permyakov barəsində fərrarilik və silah oğurluğu ilə bağlı iş üzrə məhkəmə prosesi baş tutub.

ANS PRESS-in məlumatına görə, Rusiyalı hərbçi Valeri Permyakov fərarilikdə və qanunsuz silah-sursat oğurluğunda günahlandırılır. Rusiya hüquq- mühafizə orqanları nümayəndələrinin başçılığı altında keçirilən məhkəmə zamanı Permyakov onun istintaq zamanı verdiyi ifadəni əsas kimi götürməyi xahiş edib. O, məhkəmə zamanı Avetisyan ailəsinin evinə gəldiyini, onlara avtomatdan atəş açdığını, ardınca isə paltarını dəyişərək Türkiyə sərhədlərinə dogru qaçmağa cəhd göstərdiyini boynuna alıb.

Məhkum ifadəsində heç bir psixoloji probleminin olmadığını, doğuldu Çita şəhərinə getmək üçün pula ehtiyac duyduğundan qətl hadisəsini törətdiyini etiraf edib.

Rusiyanın 102-ci hərbi hissəsinin rəisi Vladimir Ustinov zərərçəkən qismində dindirilib.

Rusiyanın və Ermənistanın məhkəmə orqanları tərəfindən aparılan məhkəmənin yekun qərarının nə zaman veriləcəyi dəqiq bilinməsə də, V.Permyakovu ən azı 10 il həbs cəzası gözləyir.

Valeri Permyakov bu il yanvarın 12-də Gümrü şəhərində yerləşən Rusiyanın 102 saylı hərbi hissəsi yaxınlığında bir ailənin 7 üzvünü amansızcasına qətlə yetirib. O, Ermənistandan Türkiyə ərazisinə keçməyə cəhd göstərən zamanı sərhədçilər tərəfindən tutulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net