Buzlaşma dövrü başlayır - 15 il sonra
Tarix: 12-08-2015, 14:55 | Çap et
Buzlaşma dövrü başlayır - 15 il sonra
Rusiya və Böyük Britaniyanın bir qrup alimi iddia edir ki, 15 ildən sonra Yer üzündə buzlaşma dövrü başlayacaq.

Azərtac xəbər verir ki, qlobal soyuqlaşma 2030-ci ildə gözlənilir. Nəticədə Temza çayı buzla örtüləcək. Bu dövr 1645-1715-ci illər dövrünü xatırladacaq. O dövrdə Avropa və Şimali Amerika ərazisində güclü şaxtalar qeydə alınmışdı.

Ekspertlər əmindirlər ki, bu mərhələdə buzlaq kataklizminin təkrarlanması mümkündür, çünki planetimizin mövcudluğu tarixində qlobal istiləşmə və soyuqlaşma həmişə yerini dəyişir.

Hələ XIX əsrdə britaniyalı alim bildirmişdi ki, Günəşdə baş verən dəyişikliklər iqlimə təsir edir. Göy cismində ləkələrin sayı azaldığından belə hadisələr baş verir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net