Alma görüncə yemədən dayana bilmir
Tarix: 12-08-2015, 13:30 | Çap et
Alma görüncə yemədən dayana bilmir
Türkiyə mətbuatı məşhur simaların qorxu və vərdişlərinin siyahısını hazırlayıb.

Vertikal.az “Qafqazinfo”ya istinadən həmin siyahını təqdim edir:

Murat Boz: Alma görüncə yemədən dayana bilmir. Gördüyü hər almanı yemək ehtiyacı duyan müğənni yeyə bilmədiyi halda gözlərindən yaş axır.

Beren Saat: Zorakılıqdan çox qorxan Beren Saatın ətrafında bu qorxusunu bilməyən yoxdur.

Dəniz Akkaya: Yaxın dostlarının doğum günlərini və evlilik ildönümlərini unutmayan Dəniz mütləq mavi güllər göndərir.

Hande Ataizi: Yol qəzası keçirməkdən çox qorxan sənətçi bu vəziyyəti artıq vasvasılıq halına gətirib.

Ziynət Sali: Ən böyük qorxusu zəlzələdir.

Asuman Krause: Evliliyə fobiyası olan Asuman Krause bu xüsusiyyətindən xeyli narahatdır.

Selin Toktay: Keçmiş maneken liftə minmir. Minərkən də yanında kiminsə olmasını istəmir.

Mazhar Alanson: Hər xaricə səyahətində mütləq parik alır. Evində təxminən 200 pariki var.

Tülin Şahin: İncəbelli olmayan stəkandan çay içə bilmir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net