
Avqustun 12-nə keçən gecə Bakının Xətai rayonu ərazisində, Xocalı prospektində qəzaya düşən motosikletçinin şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, yük maşınına çırpılan "Zontes" markalı motosikletin 22 avqust 1991-ci il təvəllüdlü Nadir Köçərli olması məlum olub.
N.Köçərlinin motosikleti ilə çəkdirdiyi bəzi fotoları təqdim edirik.
*****
10:19
Bakının mərkəzində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, Xətai rayonu Xocalı prospektində motosiklet "Fuv" markalı yük avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü olan 24 yaşlı oğlan hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.

