Tanınmış şokolad ustası Nikolya tərəfindən master-klass təşkil olunacaq
Tarix: 12-08-2015, 11:18 | Çap et
Tanınmış şokolad ustası Nikolya tərəfindən master-klass təşkil olunacaq
Bu il sentyabrın 5-6-da Bakıdakı Muzey Mərkəzinin binasında tanınmış şokolad ustası Nikolya tərəfindən eksklüziv master-klass təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müəllif şokolad möcüzələri yaradaraq master-klass seriyaları təqdim edəcək. Muzey arzu edənləri ustad dərslərində iştiraka dəvət edir. Dərsləri müəllif, eyni zamanda “Nikolya” Şokolad Muzeyinin yaradıcısı, tanınmış şokolad ustası Nikolay Popov keçirəcək.

Master-klassda iştirak edən hər bir şəxs öz əli ilə unikal şokolad - marzipan açıqçalar düzəldə və özləri ilə götürə biləcəklər. Master-klass zamanı iştirakçılar şokoladdan hazırlanan əl işlərinin müəllifi olacaq, şokolad və marzipanla işləməyin qaydalarını öyrənəcək.

Qeyd edək ki, dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur “Nikolya” Şokolad Muzeyi mayın 16-dan Bakıdadır.

“Nikolya” Şokolad Muzeyinin sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. Dünya turu zamanı 5 il ərzində sərgini 500 mindən artıq tamaşaçı ziyarət edib. Hər bir ziyarətçi üçün şokoladın pulsuz dequstasiyası təşkil olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net