Yaşayış yerindən tələb olunan arayış - Ehtiyac varmı?
Tarix: 12-08-2015, 10:54 | Çap et
Yaşayış yerindən tələb olunan arayış - Ehtiyac varmı?
Çox güman ki, əksəriyyətiniz işə düzələrkən bu və ya digər müəssisələrdə sizdən yaşayış yerindən arayış tələb olunub. Bu isə həm vaxt, həm də müəyyən mənada vəsait itkisidir. Sən demə, buna əslində ehtiyac yoxdur.

Hər bir vətəndaşın şəxsiyyət vəsiqəsində onun qeydiyyatda olduğu ünvan göstərilibsə, yaşayış yerindən arayışa nə ehtiyac var? Bu məsələ Əmək Məcəlləsi ilə birbaşa tənzimlənir. Yəni burada əmək müqaviləsi imzalandığı zaman işçidən tələb oluna biləcək sənədlərin konkret siyahısı göstərilib.

Başqa sözlə desək, işçidən bu tip arayışlar tələb olunması birbaşa qanunvericiliyin pozulmasıdır. Pərviz Məmmədovun sözlərində görə, bu məsələ Sovet İttifaqı zamanı mövcud olmuş Əmək Məcəlləsində var idi. O zaman insanlar yalnız qeydiyyatda olduqları şəhərin ərazisində əmək fəaliyyəti göstərə bilərdilər. İndiki qanunvericilikdə isə bu cür tələb yoxdur.
xezerxeber.com





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net